Bitkoinin qiyməti 98 min dolları keçərək tarixi maksimumu yeniləyib.
Yeniavaz.com xəbər verir ki, bu “Binance” platformasının məlumatlarında məlum olub.
Bakı vaxtı ilə saat 15:19-ə olan məlumata görə, kriptovalyuta rekord həddə - 98,139 min dollara çatıb.
Saat 21:17-yə olan məlumata görə, bitkoin ləngiyib və 97,295 min dollar olub.