Gürcüstanda hakim partiya baş nazir və parlamentin sədrini seçib


Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası yenidən parlamentin sədri vəzifəsinə Şalva Papuaşvilinin, ölkənin baş naziri postuna isə hazırkı hökumət başçısı İrakli Kobaxidzenin namizədliyini irəli sürüb.
Yeniavaz.com
xəbər verir ki, bunu partiyanın icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib.
Mdinaradze xatırladıb ki, “Gürcü arzusu”nun nizamnaməsinə görə, partiya sədrinin baş nazir postuna namizəd irəli sürmək hüququ var. Katibin sözlərinə görə, Kobaxidze siyasi şuranın tam dəstəyini alıb.
Ölkə hökumətinin yeni tərkibi noyabrın 25-də təsdiq üçün parlamentə təqdim olunacaq.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası 54,3% səs toplayaraq qalib gəlib. Lakin bir sıra müxalifət siyasi birlikləri seçkinin nəticələrini qəbul etməyib.

DİGƏR XƏBƏRLƏR

Top