Pakistanda terror aksiyası baş verib.
Yeniavaz.com “Dawn” qəzetinə istinadla xəbər verir ki, Xeybər-Paxtunxva əyalətinin aşağı Kurram bölgəsində sərnişin daşıyan mikroavtobuslara silahlı hücum olub.
Bildirilir ki, silahlı hücumda ən azı 38 nəfər həlak olub, 11 nəfər yaralanıb.
Azərbaycan terror aktı ilə bağlı bu ölkəyə başsağlığı verib. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında məlumat dərc olunub.
“Pakistanın Kurram bölgəsində dinc sakinlərə silahlı hücumun çoxlu ölüm və yaralanma ilə nəticələnməsi ilə bağlı faciəvi xəbər bizi sarsıtdı.
Bu dəhşətli hücumla əlaqədar həlak olanların ailələrinə və Pakistan hökumətinə dərin hüznlə başsağlığı veririk”, - məlumatda deyilir.