Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Fələstinin HƏMAS hərəkatının hərbi qanadının komandiri Məhəmməd əl-Deyfin həbsinə order verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məhkəmənin press-relizində deyilir.
Qeyd edək ki, İsrail ordusu iyulun 13-də Qəzzanın Xan Yunis şəhərinə zərbə endirdiyini bildirmiş, əd-Deyfin bu zərbə nəticəsində öldürüldüyünü elan etmişdi.
Xatırladaq ki, BCM İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə də order verib.