İspaniyanın “Real Madrid” klubu maraqlı addım atıb.
Yeniavaz.com “Associated Press” agentliyinə istinadla xəbər verir ki, klub Londonun “Sotheby's” hərrac evində “Real Madrid”in əsas komandasının “Santyaqo Bernabeu” stadionundakı soyunub-geyinmə otağının şkaflarını hərraca çıxarıb.
Şkaflar “Sotheby's” əməkdaşları tərəfindən “Photocall” tədbirində təqdim edilib.
Futbol əfsanələri Kriştianu Ronaldo, Devid Bekhem, Zinəddin Zidan, Serxio Ramos və Luiş Fiqunun istifadə etdiyi 24 fərdi şkaf hər biri 10 min funt sterlinqdən (12,600 dollardan) başlayan qiymətlərlə satışa çıxarılıb.
Onlarla birlikdə həmçinin, “Santyaqo Bernabeu” stadionunun mozaikası və stadionun metal qapıları da hərraca çıxarılacaq.
Hərrac 12-26 noyabr tarixləri aralığında davam edəcək.