Ermənistan Hindistandan 78 artilleriya qurğusu alacaq


Ermənistan 78 ədəd ATAGS yedəkli artilleriya sisteminin alınması ilə bağlı Hindistanla danışıqlar aparır.
Yeniavaz.com
“News.am” portalına istinadla xəbər verir ki, bu barədə “Indian Defence Research Wing” (IDRW) nəşri məlumat yayıb.
Məlumata görə, altı haubitsadan ibarət ilk partiya Ermənistanda həm yüksək dağlıq ərazilərdə, həm də düzənliklərdə geniş sınaqdan keçirilib.
Bildirilir ki, sınaqlar uzun məsafələrdə dəqiqliyi və yüksək etibarlılığı təsdiqləyib ki, bu da Ermənistan hakimiyyətini daha böyük miqdarda satınalma imkanlarını nəzərdən keçirməyə vadar edib.
Nəşrin yazdığına görə, Ermənistan əvvəllər Hindistandan “Pinaka” qurğuları və digər müdafiə silahları da alıb.

DİGƏR XƏBƏRLƏR

Top