“İnter”in hücumçusu Lautaro Martinez Argentina millisinin heyətində qol sayına görə “Napoli”nin və “Barselona”nın sabiq hücumçusu Dieqo Maradonanın nailiyyətini təkrarlayıb.
Yeniavaz.com xəbər verir ki, Martinez Cənubi Amerikada keçirilən DÇ-2026-nın seçmə mərhələsinin 12-ci tur matçında Peru millisinin qapısına 32-ci qolu vurub.
Qeyd edək ki, Argentina - Peru matçı noyabrın 20-də səhər saatlarında baş tutub. Qarşılaşma 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Martinezin 27 yaşı var və 2018-ci ildən “İnter”də çıxış edir. “Transfermarkt” onlayn portalı hücumçunun bazar dəyərini 110 milyon avro qiymətləndirir.