“Ukrayna ilk dəfə “Storm Shadow” raketləri ilə Rusiya ərazisini vurdu” – KİV


“Ukrayna Rusiyadakı hədəfləri vurmaq üçün ilk dəfə Britaniyanın uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadə edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” və “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
“The Telegraph” aydınlaşdırır ki, Kursk vilayətinin Maryino kəndinin sakinləri “Storm Shadow” raketinin fraqmentlərini aşkar ediblər.
Qeyd edək ki, noyabrın 20-də günortadan sonra Kursk vilayətinin qubernatoru Aleksey Smirnov hava hücumundan müdafiə qüvvələrinin iki Ukrayna raketini vurduğunu açıqlayıb. O, raketlərin növünü açıqlamayıb. “Dva mayora” “Telegram” kanalı Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsi istiqamətində 12-yə qədər “Storm Shadow” raketi atdığını iddia edib.
 “The Times”ın bu gün yaydığı məlumata görə, Böyük Britaniya hökumətinin yüksək vəzifəli mənbələri ABŞ-nin Ukraynanın Britaniyanın uzun mənzilli “Storm Shadow” raketlərindən Rusiyaya zərbə vurmaq üçün istifadəsinə qoyduğu məhdudiyyətlərin götürüldüyünə işarə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top