“Bitkoin”in qiyməti 94 min dolları keçərək tarixi maksimumu yeniləyib.
Yeniavaz.com xəbər verir ki, bu “Binance” platformasının məlumatlarında məlum olub.
Bakı vaxtı ilə saat 17:15-ə olan məlumata görə, kriptovalyuta rekord həddə - 94,008 min dollara çatıb.
Saat 17:30-a olan məlumata görə, bitkoin sürətlənib və 94,302 min dollar olub.