İran prezidenti Məsud Pezeşkian hökumətin iclasında İslam respublikasının paytaxtının köçürülməsi planının hazırlanmasına başlandığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Bildirilib ki, prezident planın hazırlanmasına məsul şəxs olaraq birinci müavini Məhəmməd Rza Arefi təyin edib.
“Bu məsələyə məhəl qoymamaq gələcəkdə ölkəmizin ekoloji böhran və bir çox başqa problemlərlə üzləşməsinə səbəb ola bilər”, - Pezeşkian qeyd edib.
Daha əvvəl İran prezidenti İslam Respublikasının paytaxtının Tehrandan Fars körfəzi sahillərinə köçürülməsinin zəruriliyini bəyan edib. Dövlət başçısının qeyd edib ki, Tehran hazırda başqa yolla həlli mümkün olmayan problemlərlə üzləşib. İran parlamentinin daxili siyasət komitəsinin üzvü Seyid Ruhullah Musəvi müvafiq hazırlıqlar görülərsə, bu ideyanı kifayət qədər reallaşdırıla bilən adlandırıb.