Azərbaycan təbii qazı hansı ölkələrdən neçəyə alıb, neçəyə satır? – Tam siyahı


Bu ilin ilk 9 ayı ərzində Azərbaycan xarici ölkələrə 18 milyard 731 milyon kubmetr həcmində təbii qaz satıb.
Yeniavaz.com
xəbər verir ki, xaricə satılan təbii qazın ümumi dəyəri 6 milyard 75,3 milyon dollar (10,3 milyard manat) olub.
Rəqəmlərdən də göründüyü kimi, ixrac olunan təbii qazın 1000 kubmetrinin gömrük dəyəri 324 dollar (551 manat) olub.
Təbii qazı ən baha qiymətə Yunanıstana satmışıq. Bu ölkəyə satılan 1000 kubmetr təbii qazın dəyəri  690  manat olub. Ən ucuz qiymətə isə Gürcüstana satılıb – 1000 kubmetri 175 manat.
Azərbaycan bu il aşağıdakı ölkələrə təbii qaz satıb:

Bu il Azərbaycan, həmçinin Türkmənistan, Rusiya və ABŞ-dən təbii qaz alıb. Türkmənistandan 341,1 milyon kubmetr, Rusiyadan isə 141,6 milyon kubmetr qaz alınıb. ABŞ-dən isə olduqca aşağı həcmdə təbii qaz alınıb. Ümumi dəyəri cəmi 7,8 min dollar olan təbii qazın həcmi açıqlanmayıb.
Qeyd edək ki, Türkmənistandan təbii qazın 1000 kubmetrini 255 manata, Rusiyadan isə 314 manata satın almışıq.
Azərbaycan bu il aşağıdakı ölkələrdən təbi qaz satın alıb:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top