Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Türkiye Cümhuriyyeti Enerji ve Tabii Kaynaklar Bakanlığı Maden Tetkik ve Arama Genel Müdürlüğü ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, müqavilə satınalma metodu əsasında imzalanıb və dövlət satınalmalarının vahid internet portalından kənar keçirilib.
Müqavilənin şərtlərinə görə, Türkiyənin Maden Tetkik ve Arama Genel Müdürlüğü Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi əsasında “Parağaçay, Qapıcıq molbden, Gümüşlü polimetal yataqları üzrə beynəlxalq qiymətləndirmə xidməti” həyata keçirəcək və qarşılığında 809 min 72 manat 50 qəpik alacaq.
Murad Məmmədov