Noyabr ayının ilk yarısında Azərbaycanda unun topdansatış qiyməti cüzi bahalaşıb.
Yeniavaz.com xəbər verir ki, topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsində qiymət dəyişikliyi olub.
Məlumat üçün bildirək ki, Azərbaycanda unun topdansatışı ilə 26 şirkət və bir fərdi sahibkar məşğul olur. Ayın əvvəlində unun ən ucuz qiymətə satıldığı “Dəvəçi-Taxıl” MMC qiymətləri 20 qəpik artırıb. Əvvəl, 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 26 manat olduğu halda, noyabr ayının 14-də 26 manat 20 qəpiyə qaldırılıb.
Bu ayın ilk yarısında yalnız bir şirkətdə qiymət dəyişikliyi olmayıb.
Qeyd edək ki, noyabr ayının ilk yarısında 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti ayrı-ayrı şirkətlər üzrə aşağıdakı kimi dəyişib:
Elnur Əli