İspaniyalı tennisçi Rafael Nadal Devis Kubokunun 1/4 finalında Hollandiya təmsilçisi Botik van de Zandşulpa uduzduğu görüşün karyerasının son görüşü olduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə mətbuat konfransında məlumat verib.
Görüş 4:6, 4:6 hesabı ilə başa çatıb.
“Mən həmişə ilk növbədə yaxşı insan olmağa çalışmışam. Ümid edirəm ki, siz də bunu belə qəbul edirsiniz. Tamaşaçılar, harada olmalarından asılı olmayaraq, yaxşı anlarda qalib gəlməyimə kömək etdi və pis anlarda mübarizəni davam etdirməyə məcbur etdi”, - Nadal bildirib.
Qeyd edək ki, 38 yaşlı ispan tennisçi oktyabrın 10-da “X” sosial şəbəkəsində müvafiq yazı dərc etmiş və peşəkar karyerasını başa vurmaq qərarını bildirmişdi.
Xatırladaq ki, Nadal karyerası dövründə 22 “Böyük Dəbilqə” yarışında qalib olub. O cümlədən, Nadal Fransa Açıq Çempionatında rekord sayda - 14 dəfə qələbə qazanıb. Tək yarışlarda isə o, “Qızıl Dəbilqə”nin sahibi olub.