Azərbaycanda GES-lərdən əldə olunan elektrik enerjisi rekord səviyyəyə yüksəlib


Bu ilin ilk 10 ayında Azərbaycanda əmtəəlik elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azalaraq, 21 milyard 672,8 milyon kVt/saat olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, istehsal olunan elektrik enerjisinin 86%-i və ya 18 milyard 619,7 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarının (İES payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə İES-lərdə istehsal olunan elektrik enerjisi 8,1% azalıb. Su Elektrik Stansiyalarında (SES) istehsal olunan elektrik enerjisi ötən ilin eyni dövrü ilə müqayisədə 68,3% artaraq 2 milyard 521,2 milyon kVt/saata, Günəş Elektrik Stansiyalarında (GES) istehsal olunan elektrik enerjisi isə 8,4 dəfə artaraq, 486,3 milyon kVt/saata çatıb. Külək Elektrik Stansiyalarında (KES) istehsal olunan elektrik enerjisi isə 6,6% azalaraq, 45,6 milyon kVt/saat olub.
Onu da qeyd edək ki, SES-lərdən əldə olunan elektrik enerjisi 2011-ci ildən sonra ən yüksək səviyyəyə çatıb. GES-lərdən əldə olunan elektrik enerji isə rekord səviyyəyə yüksəlib.

 Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top