“İsrail HƏMAS hərəkatının əlindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı deyib.
“Bu vəziyyətdən çıxmaq istəyən fələstinlilərə deyirəm: kim bizə girov gətirsə, həm onun, həm də ailəsinin təhlükəsiz çıxışını təmin edəcəyik. Biz həmçinin azad olunan hər bir şəxs üçün 5 milyon dollar mükafat təklif edirik. Seçim sizindir, seçin. İstənilən halda nəticə eyni olacaq: biz bütün girovları qaytaracağıq”, - Baş nazir bildirib.