G20-nin növbəti sammitləri Cənubi Afrika və ABŞ-də keçiriləcək


İyirmilik Qrupunun (G20) növbəti sammitləri Cənubi Afrika və ABŞ-də keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə assosiasiya liderlərinin Rio-de-Janeyroda keçirilən toplantısının iştirakçılarının qəbul etdikləri yekun bəyannamədə deyilir.
“Biz aclıq, yoxsulluq və bərabərsizliklə mübarizə, onun iqtisadi, sosial və ekoloji ölçülərində davamlı inkişafı təşviq etmək və qlobal idarəetmədə islahatlar aparmaq öhdəliyimizə sadiq qalırıq. Səudiyyə Ərəbistanının növbəti mərhələdə G20-nin sədri olmaq istəyini alqışlayırıq. Biz Biz bu il liderliyinə görə Braziliyaya təşəkkür edirik və 2025-ci ildə Cənubi Afrikanın sədrliyi altında birgə işləməyi, həmçinin 2026-cı ildə ABŞ-də keçiriləcək növbəti görüşü səbirsizliklə gözləyirik”, - sənəddə bildirilib.
Qeyd edək ki, 2023-cü ildə “Bloomberg” və “Financial Times” mənbələrə istinadən yazıb ki, Çin nümayəndə heyəti ABŞ-nin G20 sammitinə ev sahibliyi etməməsini təmin etməyə çalışıb və Hindistanda keçirilən toplantıda qəbul edilən bəyannamədə bunun qeyd olunmaması üçün təkid edib.

DİGƏR XƏBƏRLƏR

Top