“Naxçıvana ayrılan pulun istifadəsi arzuolunmaz səviyyədədir” – Nazir


“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının icrasına cari ildə vəsait ayrılıb. Bu pulun istifadəsi arzuolunmaz səviyyədədir”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, gələn il üçün Proqramın icrasına 150 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulur:
“Su çəkilişi, elektrik stansiyalarının tikilməsi üçün müvafiq layihə hazırlanmadan bunu edə bilmərik. Bu məsələlər artıq gələn ildən öz məcrasına qoyulacaq”.

DİGƏR XƏBƏRLƏR

Top