I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat


Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 184 min 659 nəfərə müharibə veteranı olduğu üçün təqaüd verilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, müharibə veteranlarına verilən təqaüdün orta məbləği 80 manat olub.
Məlumat üçün bildirək ki, təqaüd alan müharibə veteranlarının 98%-i və ya 180 min 902 nəfəri Azərbaycanın ərazi bütövlüyü uyğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər, 2%-i və ya 3 min 757 nəfəri isə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrində və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər olub.
Azərbaycanın ərazi bütövlüyü uyğrunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün təqaüd alan müharibə veteranlarının sayı son bir ildə 1 062 nəfər, son beş ildə isə 89 min 702 nəfər artıb.
Son 5 ildə müharibə veteranlarının sayı aşağıdakı kimi olub:
1 oktyabr 2020-ci il – 91 min 200 nəfər;
1 oktyabr 2021-ci il – 91 min 361 nəfər;
1 oktyabr 2022-ci il – 178 min 289 nəfər;
1 oktyabr 2023-cü il – 179 min 840 nəfər;
1 oktyabr 2024-cü il – 180 min 902 nəfər.


Açıqlanan məlumatlardan da göründyü kimi, 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində baş tutan 2-ci Qarabağ müharibəsindən əvvəl təqaüd alan müharibə veteranlarının sayı, hazırda təqaüd alan veteranların ümumi sayının yarısından çox olub.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top