Vergi gəlirlərində qeyri-neft sektorunun payı artır


Gələn il Dövlət Vergi Xidmətinin xətti ilə 14 milyard 857 milyon manat vergi tolanması nəzərdə tutulur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının 2025-ci il dövlət büdcəsinin layihəsinə rəyində qeyd olunub.
Rəydə qeyd olunur ki, gələn ilin vergi gəlirləri bu ilin proqnozu ilə müqayisədə 231 milyon manat və ya 1,6% çox olacaq.
Bildirilir ki, gələn il hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar 6 milyard 344 milyon manat nəzərdə tutulub və bu ilin proqnozuna nisbətən 418,6 milyon manat və ya 6,2% az olacağı proqnozlaşdırılır. Müvafiq vergi növü üzrə proqnozun 65%-i və ya 4 milyard 123 milyon manatı qeyri neft-qaz sektoru üzrə nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 408 milyon manat və ya 11% çoxdur. Mənfəət vergisinin 35%-i və ya 2 milyard 221 milyon manatı neft-qaz sektoru üzrə müəyyən edilib ki, bu da cari illə müqayisədə 826,6 milyon manat və ya 27,1% azdır.
Neft-qaz sektoru üzrə hüquqi şəxslərin mənfəət vergisinin azalması 2025-ci ildə “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə neft hasilatının 1,8 milyon barel azalması, “Şahdəniz” layihəsi üzrə qazın orta satış qiymətinin isə bu il üzrə gözləniləndən 10,3% az olmaqla hesablanması ilə bağlıdır.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top