Rusiya hansı hallarda və kimlərə qarşı nüvədən istifadə edəcək? – Putin sənədi imzaladı


Rusiya Prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasının təsdiq edilməsi haqqında fərman imzalayıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, müvafiq sənəd rəsmi hüquq-informasiya portalında dərc olunub.
Doktrinanın əsas prinsipi kimi nüvə silahının ölkənin suverenliyini qorumaq üçün son çarə olması götürülüb. Eyni zamanda, yeni hərbi təhdidlərin və risklərin yaranması ilə əlaqədar nüvə silahından istifadəyə icazə verən parametrlər dəqiqləşdirilib.
Xüsusilə, nüvə hücumunun qarşısının alınması nəzərdə tutulan dövlətlərin və hərbi ittifaqların kateqoriyası genişləndirilib. Doktrinaya həmçinin, bu cür hərəkətlərin zərərsizləşdirilməsini tələb edən hərbi təhdidlərin siyahısı əlavə edilib.
Siyahıya görə, hər hansı qeyri-nüvə dövlətinin nüvə ölkəsinin iştirakı və ya dəstəyi ilə təcavüzü Rusiyaya birgə hücum hesab ediləcək. Bundan əlavə, Rusiyanın suverenliyinə, hətta adi silahlarla belə, kritik təhlükə yaranarsa, ittifaq dövlətinin üzvü kimi Belarusa hücum olarsa, hərbi təyyarələrin, qanadlı raketlərin, dronların və digər təyyarələrin kütləvi şəkildə buraxılması və onların Rusiya sərhədini keçməsi baş verərsə, Rusiyanın nüvə reaksiyası mümkündür.
Digər tərəfdən, hərbi bloka daxil olan istənilən ölkənin Rusiyaya təcavüzü bütün blokun təcavüzü kimi qiymətləndiriləcək.
Sənəddə həmçinin qeyd edilir ki, nüvə silahından istifadə barədə qərarı Rusiya prezidenti verir.

DİGƏR XƏBƏRLƏR

Top