İspaniyanın “Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeonenin baş məşqçi postunu tərk edəcəyi gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Relevo” portalı məlumat yayıb.
Portalın məlumatına görə, klubun rəhbərliyi argentinalıya əvəzedici kimi alman mütəxəssis Yurgen Kloppu görür.
Qeyd edək ki, Yurgen Kloppun son iş yeri İngiltərənin “Liverpul” klubu olub. Alman mütəxəssis daha əvvəl Almaniyanın “Borussiya Dortmund” və “Maynts” klublarına rəhbərlik edib.
Klopp 2015-2024-cü illərdə “Liverpul”un baş məşqçisi olub. O, İngiltərə klubu ilə Çempionlar Liqası, Premyer Liqa və digər kubokları qazanıb.
Yanvarın 1-dən Klopp “Red Bull”da futbol əməliyyatlarının qlobal rəhbəri olacaq.