Paraqvay Prezidenti G20 sammitindən sonra xəstəxanaya düşdü


Paraqvay Prezidenti Santyaqo Penya Rio-de-Janeyroda keçirilən G20 sammitində iştirak etdikdən sonra döş qəfəsində ağrı şikayəti ilə xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ultima Hora” portalı məlumat yayıb.
KİV-in məlumatına görə, dövlət başçısı ürəyin yuxarı hissəsində yerləşən prekordial nahiyədə ağrı hiss edib.
Nəşr yazır ki, Penya xəstəxanaya yerləşdirilməzdən əvvəl sammitin keçirildiyi Müasir İncəsənət Muzeyində həkimlər briqadası tərəfindən müayinə olunub.
Elektrokardioqramma aparıldıqdan və anormaliya aşkar edildikdən sonra o, Rio-de-Janeyrodakı “Samaritano” özəl xəstəxanasına aparılıb.
Santyaqo Penyanın hazırda özünü yaxşı hiss etdiyi bildirilib. Bu barədə Paraqvay vitse-prezidenti Pedro Alyana “X” sosial şəbəkə səhifəsində məlumat verib.
“O, özünü yaxşı hiss edir və test nəticələrini gözləyir”, - Alyana bildirib.
Vitse-prezident Penya ilə şəxsən danışdığını qeyd edib.
Paraqvay Prezidentinin növbəti 24 saat ərzində tibbi müşahidə altında qalacağı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top