Alimlər çoxmərtəbəli binanı sərinlədə bilən pəncərə örtüyü yaratdı


Cənubi Koreya minimal enerji sərfiyyatı ilə çoxmərtəbəli binaları effektiv şəkildə soyuda bilən innovativ pəncərə örtüyü hazırlayıb.
Yeniavaz.com
“New Atlas”a istinadən xəbər verir ki, bu nailiyyət əhəmiyyətli miqdarda elektrik enerjisi istehlak edən kondisioner və istilik sistemlərindən asılılığı azaltmaq üçün həll yolu ola bilər.
Bildirilib ki, pəncərələr daxili temperaturun tənzimlənməsində mühüm rol oynayır, eyni zamanda istilik itkisinin əsas səbəbidir. POSTECH və Cənubi Koreya Universitetinin alimləri şüşənin şəffaflığını qoruyarkən istiliyi aradan qaldıran və görünən işığı ötürə bilən material yaradıblar.
Alimlər ümid edirlər ki, yeni material təbii işıqdan ödün vermədən binaların içərisində rahat temperaturu təmin edəcək və kondisioner sistemlərinə ehtiyacı azaldan pəncərələrin istehsalında istifadə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top