Azərbaycanda aztəminatlı şəxslərin sayı açıqlandı


Bu ilin oktyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda 344 min 803 nəfər ünvanlı dövlət sosial yardım alıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ünvanlı dövlət sosial yardım alan şəxslərin sayı 60 min 902 nəfər artıb.
Qeyd edək ki, bir nəfərə düşən aylıq ünvanlı dövlət sosial yardımın məbləği isə 107 manat 35 qəpik olub. Ötən ilin eyni dövründə bu məbləğ 111 manat 28 qəpik təşkil edib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top