Prezident İlham Əliyev Batumiyə Azərbaycanın Baş konsulunun təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, dövlət başçısı bu vəzifəyə Fuad Süleyman oğlu Əzizovu təyin edib.
Prezidentin digər sərəncamları ilə, Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində, Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində, Zamin Məmməd oğlu Əliyev isə Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.