“Apple” televizor istehsal edəcək


On ildən çox fasilədən sonra “Apple” yenidən televizor istehsal etməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “MacRumors” portalı “Bloomberg” müxbiri Mark Qurmana istinadla məlumat yayıb.
Məlumata görə, 2009-2011-ci illərdəki uğursuz cəhddən sonra şirkət ikinci dəfə televizor bazarına girməyə çalışır.
Qurmanın sözlərinə görə, “Apple” öz brendi altında yeni ağıllı ev cihazları xəttinin bir hissəsi ola biləcək televizor yaratmaq ideyasını araşdırır. Lakin layihə inkişafın çox erkən mərhələsindədir və onun istehsal mərhələsinə keçməsi üçün illər lazım gələ bilər.
Əgər “Apple TV” uğur qazansa, bu, şirkətin televizor bazarında rəqabət aparması üçün yeni imkanlar açacaq.
Hazırda “Apple” yalnız televizorunuza qoşulan “Apple TV” yayım qurğusunu təklif edir.
“Apple TV”nin “Apple” cihaz ekosisteminə daha dərindən inteqrasiya ediləcəyi və həmçinin premium dizayna sahib olacağı gözlənilir.
Bununla belə, şirkətin ekran keyfiyyətinə, xüsusiyyətinə və qiymətinə görə digər TV brendləri ilə necə rəqabət aparacağı məlum deyil.
Qeyd edək ki, “Apple”ın təsisçisi Stiv Cobs daha əvvəl sadə interfeysli televizor yaratmaq ambisiyasını ifadə etmişdi. Lakin 2010-cu ildə “Apple”ın hazırkı baş direktoru Tim Kuk şirkətin bu bazara daxil olmaqda maraqlı olmadığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top