Gələn il Azərbaycanda minimum əmək haqqı 16% artırılaraq 400 manata çatdırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində yer alıb.
Qeyd edək ki, minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayının 1-də artırılıb.
2006-cı ildən sonra Azərbaycanda minimum əmək haqqı aşağıdakı kimi olub:
2006-cı ilin oktyabrından – 30 manat;
2007-ci ilin fevralından – 50 manat;
2008-ci ilin yanvarından – 60 manat;
2008-ci ilin avqustundan – 75 manat;
2010-cu ilin sentyabrından – 85 manat;
2011-ci ilin dekabrından – 93,50 manat;
2013-cü ilin sentyabrından – 105 manat;
2017-ci ilin yanvarından – 116 manat;
2018-ci ilin yanvarından – 130 manat;
2019-cu ilin martından – 180 manat;
2019-cu ilin sentyabrından – 250 manat;
2022-ci il yanvarın 1-dən – 300 manat;
2023-cü il yanvarın 1-dən – 345 manat;
2025-ci il yanvarın 1-dən – 400 manat.
Murad Məmmədov