Bayden ABŞ-nin uzaqmənzilli silahları ilə Rusiya ərazisinin vurulmasına icazə verdi


ABŞ Prezidenti Co Bayden Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verib.
Yeniavaz.com
xəbər verir ki,  bu barədə bazar günü “The New York Times” məlumat yayıb.
Məlumata görə, bu qərar Vaşinqtonda hakimiyyət dəyişikliyinə cəmi iki ay qalmış verilib və ABŞ siyasətində ciddi dəyişiklik kimi qiymətləndirilib. Nəşr yazır ki, Amerika liderinin müşavirlərinin bu addımla bağlı fikirləri birmənalı olmayıb.
Qəzet zərbələrə icazə verilməsini Şimali Koreya hərbçilərinin münaqişə zonasına göndərilməsi ehtimalı ilə bağlı iddialarla əlaqələndirir. “The New York Times” iddia edir ki, raketlər Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrini qorumaq üçün istifadə olunacaq. ABŞ rəsmiləri qəzetə bildiriblər ki, onlar bu addımın döyüşün gedişatını kəskin şəkildə dəyişdirəcəyini gözləmirlər.
Qəzet vurğulayır ki, Bayden təkcə Kursk vilayətində deyil, bütün Rusiya ərazisində Amerikanın raket zərbələrinə icazə verə bilər. ABŞ rəsmilərinə görə, bu, Rusiyanın Vaşinqtona və onun Qərb müttəfiqlərinə oxşar cavab verməsi ilə nəticələnə bilər.

DİGƏR XƏBƏRLƏR

Top