COP29-da iştirak etmək üçün Azərbaycana gəlmiş ABŞ konqresmeni Frank Peloninin səfərini yarıda qoyaraq ölkəni tərk etdiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya diplomatik mənbələrdən məlumat daxil olub.
Bildirilir ki, əslində, Frank Peloni noyabrın 18-dən COP29-da iştirak etməyi, Bakıda çoxsaylı görüşlər keçirməyi planlaşdırıb. Bu məqsədlə o, ötən şənbə günü – günorta Bakıya gəlib.
Azərbaycan ictimaiyyətində ermənipərəst konqresmen kimi tanınan Peloninin burada ona qarşı təşkil olunan etiraz aksiyalarından ehtiyatlanaraq bu gün – səhərəyaxın qaldığı oteli xəlvət tərk edərək birbaşa hava limanına gəldiyi, xüsusi çarter reysi ilə Bakını tərk etdiyi bildirilir.