Almaniya Kansleri Olaf Şolts cümə günü Vladimir Putinlə telefon danışığında Rusiya prezidentinin Ukraynadakı müharibə ilə bağlı fikirlərində dəyişiklik əlamətinin olmadığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, Şoltsın Putinlə bir saatlıq söhbəti onların təxminən son iki ildə ilk birbaşa təması olub.
Tənqidçilər, o cümlədən Ukrayna Prezidenti Vladimir Zelenski bu danışığı daxili siyasi mənfəət üçün Qərb həmrəyliyinin pozulması adlandırıb.
“Ona (Putinə) demək vacib idi ki, o, Almaniya, Avropa və dünyanın bir çox digər ölkələrinin dəstəyinə arxalana bilməz. Söhbət çox təfərrüatlı idi, lakin Rusiya prezidentinin müharibə ilə bağlı fikirlərində çox az şeyin dəyişdiyini və bu, yaxşı xəbər olmadığını etiraf etməyə kömək etdi”, - deyə Şolts jurnalistlərə bildirib.