Maori siyasətçiləri etiraz əlaməti olaraq öz ritual haka rəqsini ifa etdikləri üçün Yeni Zelandiya Parlamenti bu həftə müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, mübahisəli qanun layihəsinə qəzəblənən millət vəkilləri etiraz olaraq haka ifa ediblər.
Təklif olunan qanun layihəsi Maori xalqı ilə 184 illik müqaviləni yenidən şərh edəcək. Mərasim rəqsinə başlayan Yeni Zelandiyanın ən gənc deputatı Hana-Rawiti Maipi-Klark da qanun layihəsinin surətini cırıb.