Abxaziyada prezidentin istefasından sonra müvəqqəti hökumət yaradılacaq


“Abxaziya Respublikasının Parlamenti yeganə qanuni hökumət orqanı kimi respublikanın bu günü və gələcəyi üçün tam məsuliyyəti öz üzərinə götürməlidir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə müxalifət təşkilatlarını təmsil edən Siyasi Böhrandan Çıxış üzrə Koordinasiya Şurasının bəyanatında bildirilir.
“Abxaziya Parlamenti respublikanın yeganə qanuni orqanı kimi Abxaziyanın dövlətçiliyinin bu günü və gələcəyi üçün tam məsuliyyəti öz üzərinə götürməyə borcludur”, - bəyanatda deyilir.
Abxaziyada müxalifət, həmçinin prezidentin istefası ilə müvəqqəti hökumətin yaradılmasını tələb edir:
“Abxaziya prezidentinin istefası ilə bağlı tələblərə əməl edilmədiyi təqdirdə koordinasiya şurası müvəqqəti hökumət - müxalifət nümayəndəsi yaradacaq. Abxaziya müxalifəti baş nazir postunu və səlahiyyətlərini icra etməyi təklif edir”.
Yeni seçkilərə qədər prezident səlahiyyətlərini “Aruaa” hərəkatının rəhbəri Vladimir Delbanın icra etməsi tələb olunub.
Xatırladaq ki, Abxaziyada “parlament”in Rusiya ilə yeni investisiya sazişini təsdiqləmək niyyəti ilə bağlı etirazlar başlayıb. Etirazçılar hesab edirlər ki, bu, rusiyalı iş adamlarına ədalətsiz üstünlüklər verəcək. Noyabrın 15-də Suxumidə etirazçılarla polis arasında baş verən toqquşmalarda onlarla insan yaralanıb. Etirazçıların təzyiqi ilə “hakimiyyət” investisiya sazişi layihəsini “parlament”dən geri götürməyə söz verib.

DİGƏR XƏBƏRLƏR

Top