“Putinlə Tramp arasında danışıq üçün hazırlıq yoxdur”


“Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında hər hansı danışıq baş tutmayıb. Lakin lazım gələrsə, bunu tez bir zamanda təşkil etmək olar”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bununla bağlı vəziyyətin necə inkişaf edəcəyini görəcəyik”, - deyə Kreml nümayəndəsi qeyd edib.
“Ancaq lazım olsa, bütün bunları çox tez təşkil etmək olar. Ona görə də heç bir problem yoxdur. Və düşünürəm ki, bu zərurət yarananda və hər iki tərəfdə bu cür ünsiyyətə ehtiyac anlaşılanda, bu baş tutacaq”, - Peskov bildirib.

DİGƏR XƏBƏRLƏR

Top