Rusiya Ukraynanı raket atəşinə tutdu – Ölü və yaralılar var


Noyabrın 17-də Rusiya Ukrayna ərazisinə irimiqyaslı raket hücumu həyata keçirib.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, eyni anda Ukraynanın hava məkanına 45 raket daxil olub.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, strateji bombardmançı təyyarələrdən raket buraxılışı səhər saatlarında başlayıb . Bildirilib ki, daha sonra Rusiya ordusu “Kalibr” raketlərindən istifadə etməklə hücumu davam etdirib. Həmçinin Krımdan ballistik raketlərin atıldığı bildirilir.
“Raketlər Kiyev, Kropivnitski, Krivoy Roq, Odessa, Nikolayev, Jitomir, Xmelnitski, Çerniqov, Poltava və Vinnitsa vilayətlərinə istiqamətlənib. Onlardan bəziləri havada istiqamətini dəyişib”, - məlumatda deyilir.
Bəzi vilayətlərdə raketlərin yaşayış məskənlərinin ərazisinə düşdüyü, ölü və yaralıların olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top