Qazaxıstanda keçmiş məsciddə partlayış – Ölü və yaralılar var


Qazaxıstanın Akmola vilayətinin Sabındı kəndindəki keçmiş məsciddə partlayış olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a Akmola vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, qaz sızması nəticəəsində meydana gələn partlayış nəticəsində azı 3 nəfər ölüb, 16 nəfər yaralanıb:
“Akmola vilayətində, Korqaljin rayonunun Sabındı kəndində dəfn mərasiminin keçirildiyi keçmiş kənd məscidinin binasında qaz partlayışı olub, nəticədə bina çöküb. Xilasedicilər dağıntılar altından 1978-ci il təvəllüdlü kişinin, 1983-cü il təvəllüdlü qadının və 2012-ci il təvəllüdlü uşağın meyitini tapıblar”.
Qeyd olunub ki, təcili yardım briqadası 16 yaralını Astana şəhər xəstəxanasına çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top