Qondarma Abxaziyanın “prezidenti” istefa verməyə hazır olduğunu açıqladı


Qondarma Abxaziyanın “prezidenti” Aslan Bjaniya etirazçıların “hökumət” binalarını boşaltması şərti ilə istefa verməyə hazır olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Deyirlər ki, mən Abxaziyadan getmişəm, amma bu yalandır, mən Abxaziyadayam. Biz öz hakimiyyətimizi qorumaq üçün yox, dövlətçiliyi qoruyub saxlamaq üçün toplaşmışıq. Prezident administrasiyasını ələ keçirənlər getməlidir”, - Bjaniya tərəfdarları ilə görüşündə bildirib.
Bjaniya bildirib ki, istefa verəcəyi təqdirdə “ölkəni” “vitse-prezident” Badra Qunba idarə edəcək. O, növbəti “prezident seçkiləri”ndə yenidən namizədliyini irəli sürəcəyini qeyd edib.
Qeyd edək ki, Abxaziyada etirazlar “parlament”in Rusiya ilə yeni investisiya sazişini təsdiqləmək niyyəti ilə bağlı başlayıb. Etirazçılar hesab edirlər ki, bu, rusiyalı iş adamlarına ədalətsiz üstünlüklər verəcək.
Noyabrın 15-də Suxumidə etirazçılarla polis arasında baş verən toqquşmalarda onlarla insan yaralanıb. Etirazçıların təzyiqi ilə “hakimiyyət” investisiya sazişi layihəsini “parlament”dən geri götürməyə söz verib.

DİGƏR XƏBƏRLƏR

Top