Ərdoğan G20 Liderlər Sammitində iştirak edəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Sammitində iştirak etmək üçün 18-19 noyabr tarixlərində Braziliyaya səfər edəcək.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, dünya ticarətinin 75 faizinə nəzarət edən G20 ölkələrinin liderləri hər il illik qiymətləndirmələr aparırlar.
Bu il 19-cu dəfə keçiriləcək sammitə Braziliyanın Rio de Janeyro şəhəri ev sahibliyi edəcək. 
Görüşlərdə ticarət, davamlı inkişaf, səhiyyə, kənd təsərrüfatı, enerji, ətraf mühit və iqlim dəyişikliyi mövzuları müzakirə olunacaq.
Ərdoğan Rio-de-Janeyroda bir çox ikitərəfli görüşlər də keçirəcək.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun isə “X” sosial şəbəkəsində sammitdə “Ədalətli dünya və dayanıqlı planet qurmaq” əsas mövzusu altında 3 sessiyanın keçiriləcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top