“Lion” klubu maliyyə problemlərinə görə gələn mövsüm Fransa futbol çempionatının ikinci divizionunda çıxış edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Məlumata görə, klub, həmçinin, transfer qadağasına məruz qalacaq.
Belə ki, avqust ayında maliyyə monitorinqinə cavabdeh olan təşkilat “Lion”un transferlərdən 100 milyon avro qazanmalı olması ilə bağlı qərar qəbul edib. Kıub isə maliyyə “feyr-pley”i ilə bağlı problemlərə görə komandanın əksər oyunçularını satışa çıxarıb.
Qeyd edək ki, “Lion” yeddiqat Fransa çempionudur. Komanda beş dəfə ölkə kubokunun qalibi olub. Bu mövsüm 11 turdan sonra komanda 18 xal toplayıb və çempionat cədvəlində beşinci yerdə qərarlaşıb.
Avropa Liqasında “Lion” dörd oyundan yeddi xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində yerləşib.