Gürcüstanda seçkilərin yekun nəticələri açıqlandı


Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvili parlament seçkilərinin yekun protokolunu imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, iclas MSK-nın “Facebook” səhifəsində yayımlanıb.
“Yekun protokol tərtib edilib, bununla da, faktiki olaraq, seçki müddəti başa çatıb”, - deyə Kalandarişvili sənədi imzalayıb.
MSK-nın katibi Giorgi Cavaxişvilinin komissiyanın yekun iclasında bildirdiyi kimi, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası parlament seçkilərində 53,93% səslə qalib gəlib və qanunverici orqanda 150 mandatdan 89-nu alıb.
Dörd müxalifət partiyası 5%-lik baryeri keçib: “Dəyişiklik Naminə Koalisiya” 11,03% səslə 19, “Birlik – Milli Hərəkat” 10,17% səslə 16, “Güclü Gürcüstan” 8,81% səslə 14, “Qaxariya Gürcüstan üçün” 7,78% səslə 12 mandat əldə edib.
MSK-nın iclası müxalifət və tərəfdarlarının etirazları fonunda baş tutub. Həmçinin, iclasın əvvəlində müxalifətdə olan MSK üzvü David Kirtadzenin MSK-nın rəhbəri Giorgi Kalandarişvilinin üzərinə qara boya tökməsi ilə nəticələnən insident baş verib.

DİGƏR XƏBƏRLƏR

Top