2025-ci ildə “Oskar”ın aparıcısı Konan O'Brayen olacaq


Televiziya aparıcısı, prodüser, komediya ustası və "Emmi" mükafatı laureatı Konan O'Brayen 2 mart 2025-ci ildə 97-ci Oskar Mükafatlarının aparıcısı olacaq.
Yeniavaz.com
“Deadline” portalına istinadla xəbər verir ki, bu barədə Amerika Kino Sənəti və Elmləri Akademiyasının rəhbəri Bill Kramer və akademiyanın prezidenti Canet Yanq məlumat verib.
Məlumata görə, o, ilk dəfə mərasimə ev sahibliyi edəcək.
“O, parlaq yumoru, kinoya olan sevgisi və canlı televiziya təcrübəsi ilə qlobal kino bayramımıza ev sahibliyi etmək üçün idealdır. Onun tamaşaçılarla ünsiyyət yaratmaq üçün heyrətamiz bacarığı tamaşaçıları birləşdirəcək”, - akademiyadan bildirilib.
Qeyd edək ki, Konan O'Brayen 2002 və 2006-cı illərdə "Emmi" Mükafatını, 2014-cü ildə isə MTV Film Mükafatını qazanıb.
Xatırladaq ki, 96-cı Akademiya Mükafatlarının aparıcısı komediya ustası Cimmi Kimmel olub. O, iki il ardıcıl olaraq “Oskar”a aparıcılıq edib.

DİGƏR XƏBƏRLƏR

Top