ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi


ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçib.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ-nin “US Debt Clock” xidmətinin statistikası sübut edir.
Xidmətin verilənlər bazasında “Ümumi dövlət borcu” sütununda noyabrın 15-nə olan məbləğ 36 trilyon dolları göstərir. Bu, ABŞ tarixində rekord göstəricidir. Belə ki, yanvarın əvvəlində bu rəqəm 34 trilyon dollardan çox olub.
Qeyd edək ki, iyun ayında Beynəlxalq Valyuta Fondu (BVF) Amerika iqtisadiyyatına dair hesabatında 2032-ci ilə qədər ÜDM-in 140%-ə çatacaq Amerika dövlət borcu məsələsinin həllinin vacibliyini vurğulayıb. Təşkilat bildirib ki, dövlət borcunun ÜDM-ə nisbətində davamlı artımın dayandırılmasına təcili ehtiyac var, çünki fondun fikrincə, belə yüksək kəsir və borclar ABŞ və qlobal iqtisadiyyatlar üçün artan risk yaradır.
Xatırladaq ki, ABŞ Konqresinin Büdcə İdarəsinin proqnozlarına görə, 2034-cü ildə dövlət borcu 50 trilyon dolları (ÜDM-in 122%-i) keçəcək. İdarənin qiymətləndirməsinə əsasən, 2029-2034-cü illərdə ÜDM-in orta illik artımı 1,8% olacaq.

DİGƏR XƏBƏRLƏR

Top