İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Sistan və Bəlucistan əyalətində keçirdiyi antiterror əməliyyatı nəticəsində 23 terrorçu məhv edilib.
Yeniavaz.com İRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə SEPAH-ın briqada generalı Əhməd Şəfai məlumat verib.
Onun sözlərinə görə, antiterror əməliyyatı çərçivəsində öldürülənlərdən başqa daha 46 terrorçu saxlanılıb.