Tramp Kennedini nazir kimi təklif etdi


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp səhiyyə və sosial xidmətlər naziri vəzifəsinə kiçik Robert Kennedinin namizədliyini irəli sürüb.
Yeniavaz.com
xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Mən kiçik Robert Kennedinin səhiyyə və sosial xidmətlər naziri elan etməkdən məmnunam. Çox uzun müddətdir ki, amerikalılar ictimai səhiyyə məsələlərində yalan və dezinformasiyaya əl atan sənaye qida və əczaçılıq kompleksinin təsiri altında əziyyət çəkirlər”, - Tramp bildirib.
O, həmçinin kiçik Kennedinin ABŞ-də “xroniki xəstəliklərin epidemiyasına son qoyacağına” əmin olduğunu qeyd edib.
Qeyd edək ki, Demokratlar Partiyasının üzvü olan kiçik Robert Kennedi son seçkilərdə müstəqil namizəd kimi öz namizədliyini irəli sürüb. Lakin sonradan o, söz azadlığı və iqtisadi müstəqillik də daxil olmaqla, bəzi əsas məsələlərdə oxşar mövqeləri əsas gətirərək Trampı dəstəkləmək qərarına gəlib. Kennedi qeyd edib ki, onun bu qərarı Amerika dəyərlərinin dəyişməsi və möhkəmlənməsinin zəruriliyinə inamı ilə bağlıdır.

DİGƏR XƏBƏRLƏR

Top