2023-cü ilin oktyabr ayından bəri Livanda ən azı 142 tibb işçisi ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin Livan üzrə hesabatında deyilir.
“Səhiyyə partnyorları xəbərdarlıq edir ki, səhiyyə müəssisələrinə və işçilərə davamlı hücumlar xidmətlərə ciddi təsir göstərir. 2023-cü ilin oktyabr ayından indiyədək 142 tibb işçisi xidməti vəzifələrini yerinə yetirərkən dünyasını dəyişib”, - məlumatda deyilir.