Dövlət Xidməti “Auto Azərbaycan” barəsində araşdırma aparıb


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Hyundai” markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru olan “Auto Azərbaycan” MMC (VÖEN – 1500040601) barəsində araşdırmalar aparıb.
Yeniavaz.com
Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, “Auto Azərbaycan” MMC tərəfindən minik avtomobillərinin satışı zamanı bağladığı müqavilə şərtlərinin haqsız rəqabət qanunvericiliyinin tələblərinə uyğun olub-olmadığı araşdırılıb.
Araşdırma zamanı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3-cü və 5-ci abzaslarının tələblərinin pozulması əlamətləri aşkar olunub.
Məlumat üçün bildirək ki, “Auto Azərbaycan” MMC 9 iyul 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 milyon 352 min 742 dollar olar MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 118-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Emil Hüseyn oğludur.
Onu da qeyd edək ki, “Auto Azərbaycan” MMC Türkiyədə yaşayan İran əsilli Eromi ailəsinin təsis etdiyi “NAB Holdinq” şirkətlər qrupuna daxildir. “NAB Holdinq” şirkətlər qrupuna “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Buta Sığorta”, “Baku Service Company”, “Auto Azərbaycan” kimi şirkətlər daxil olub. “Qafqaz Lizinq” və “Buta Sığorta” fəaliyyətini dayandırsa da, digər şirkətlər öz fəaliyyətlərini davam etdirirlər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top