FIFA məşqçilərə VAR-ın qərarlarına etiraz etməyə icazə verə bilər


Beynəlxalq Futbol Federasiyası (FIFA) futbol oyunları üçün video dəstək sistemini (FVS) sınaqdan keçirmək üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurasından (IFAB) icazə almağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
FVS sistemi ilk dəfə 2024-cü ildə FIFA U-20 və U-17 Qadınlararası Dünya Kuboklarında istifadə edilib.
Sistemin mahiyyəti bundan ibarətdir ki, komanda məşqçiləri video köməkçi hakimin (VAR) qərarlarına etiraz edə bilərlər.
“Biz sınaqların başlanğıcındayıq və FIFA U-20 və U17 Qadınlararası Dünya Kuboklarında əldə edilmiş təcrübə diqqətlə təhlil ediləcək. Lakin indiyə qədər gözlənilməz heç nə müşahidə etməmişik. Razılaşdığımız kimi, FIFA növbəti IFAB iclasında bununla bağlı hesabat verəcək”, - deyə FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina bildirib.

DİGƏR XƏBƏRLƏR

Top