Bu ilin ilk 8 ayında Azərbaycan xaricdən ümumi dəyəri 447,4 min dollar olan 357,9 ton gül kələm və brokkoli idxal edib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, xaricdən gətirilən gül kələm və brokkolinin 1 kiloqramının orta gömrük dəyəri 1,25 dollar (2,1 manat) olub.
Məlumat üçün bildirək ki, xaricdən idxal olunan gül kələm və brokkolinin ölkənin aparıcı supermarketlərindəki pərakəndə satış qiyməti gömrük dəyərindən təxminən 2-3 dəfə yüksəkdir.
Açıqlanan rəsmi məlumata görə, marketlərdə satılan gül kələmin 1 kiloqramının orta satış qiyməti 4,6 manatdan, brokkolinin kiloqramının orta satış qiyməti isə 5,7 manatdan bahadır.
Qeyd edək ki, hazırda “Bravo”, “Araz”, “Rahat” və “Neptun” kimi aparıcı supermarketlərdə gül kələm və brokkolinin 1 kiloqramının satış qiyməti aşağıdakı kimidir:
“Araz” supermarket:
Gül kələm – 3,99 manat;
Brokkoli – 5,49 manat.
“Neptun” supermarket:
Gül kələm – 5,85 manat;
Brokkoli – 6,29 manat.
“Bravo” supermarket:
Gül kələm – 3,79 manat;
Brokkoli – 5,49 manat.
“Rahat” supermarket:
Gül kələm – 4,80 manat;
Brokkoli – x.
Murad Məmmədov