Prokurorluq Ankara Bələdiyyəsində araşdırma başlatdı – Yavaşdan reaksiya


Ankara Baş Prokurorluğu Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) təşkilatçılığı ilə keçirilən konsert proqramları barədə araşdırma başladıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb, 29 Oktyabr – Cümhuriyyət Günü münasibətilə paytaxtda baş tutan Ebru Gündeş konsertinin maliyyəti olub.
Belə ki, Bələdiyyənin sözügedən konsert üçün büdcədən 69 milyon lirə (təxminən 3,4 milyon manat) xərclədiyi iddia olunur. Həmçinin ABB-nin 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramında təşkil edilən konsert üçün “Mor ve Ötesi” qrupuna 71 milyon lirə (təxminən 3,5 milyon manat), Türkiyə Cümhuriyyətin 100-cü ildönümündə keçirilən tədbir üçün isə Candan Erçetinə 80 milyon lirə (təxminən 4 milyon manat) ödədiyi iddia edilib.
Sosial media hesabından açıqlama verən Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Daxili İşlır Nazirliyidən 2 müfəttişin noyabrın 11-də gələrək araşdırmalara başladığını bildirib.
“Araşdırma hələ də davam edir. Yeni nəsə yoxdur. Belə məsələlərdə bizdən məsuliyyətli qurum yoxdur. Sözümüzün arxasındayıq, günahkar olan cəzasını alacaq. Eyni davranışı bütün ictimaiyyətdən və bələdiyyələrdən gözləyirik”, - deyə Yavaş bildirib.

DİGƏR XƏBƏRLƏR

Top