Tramp İlon Maskı yüksək vəzifəyə təyin edəcək


İlon Mask iş adamı Vivek Ramasvami ilə birlikdə hökumət islahatları ilə məşğul olacaq yeni yaradılacaq Hökumətin Səmərəliliyi Departamentinə rəhbərlik edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilən Prezidenti Donald Tramp X sosial şəbəkəsində yazıb.
“Mən böyük İlon Maskın amerikalı vətənpərvər Vivek Ramasvami ilə birlikdə Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edəcəyini bildirməkdən məmnunam. Bu iki böyük amerikalı birlikdə mənim administrasiyam üçün hökumət bürokratiyasını dağıtmaq, lazımsızları azaltmaq üçün yol açacaqlar. Tənzimləmələr, israfçı xərclərin azaldılması və federal agentliklərin restrukturizasiyası Amerikanı xilas etmək hərəkatı üçün vacibdir”, - deyə Tramp bildirib.
O, həmçinin bildirib ki, Mask və Ramasvaminin işi 2026-cı il iyulun 4-dən gec olmayaraq tamamlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top